“Qarabağ” yeni hücumçu üçün FANTASTİK MƏBLƏĞ AYIRDI!

15 Yanvar 2022 23:00 Qarabağ 3 462
“Qarabağ” yeni hücumçu üçün FANTASTİK MƏBLƏĞ AYIRDI!

"Qarabağ" qış transfer pəncərəsində heyətinə daha bir legioner cəlb edəcək.

Rüstəm Əhmədzadə (“Minay”, Ukrayna), Luka Quqeşaşvili və Leandro Andrade ("Çerno More" Bolqarıstan) ilə müqavilə imzalayan Ağdam təmsilçisi hücum xəttinə yeni nəfəs gətirməyə hazırlaşır.

Baş məşqçi Qurban Qurbanov da mətbuata bildirib ki, hücum xəttini gücləndirilmək istəyirlər: "Əgər alınsa, bu qış bu transferi gerçəkləşdirmək istəyirik. Əks təqdirdə, həmin xəttə transferi yayda reallaşdıracağıq".

O, ad açıqlamasa da, bizdəki məlumata görə, “Qarabağ”ın danışıqlar apardığı forvard Avropa klublarının birində forma geyinir. “Köhlən atlar” bu transfer üçün 800 min avro ayırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti