Azərbaycan növbəti mövsüm C Liqasında mübarizə aparacaq

17 İyul 2024 00:40 Qadın futbolu 1 003
Azərbaycan növbəti mövsüm C Liqasında mübarizə aparacaq

Qadın futbolçulardan ibarət Azərbaycan komandası bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz altıncı matçında İsveçrə yığması ilə qarşılaşıb.

Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda təşkil olunan görüş İsveçrə seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

15 xalla qrupu birinci pillədə başa vuran İsveçrə yığması A Liqasına yüksəlib. 4 xalla dördüncü yeri tutan Azərbaycan isə növbəti mövsüm C Liqasında mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM