Yığmamız Albaniyaya 3 qol vurdu, qələbəni əldən verdi

1 Oktyabr 2021 00:40 Qadın futbolu 1 063
Yığmamız Albaniyaya 3 qol vurdu, qələbəni əldən verdi

17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası bu gün AÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komandamız Albaniya yığması ilə qarşılaşıb.

Azərbaycan millisi daha əvvəl Monteneqroya 1:6 hesabıyla uduzmuşdu. Qrup oyunlarına ev sahibliyi edən Albaniya isə monteneqrolulara 1:8 hesabıyla məğlub olmuşdu.

Bu komandaların öz aralarındakı oyunda qapılara 6 qol vurulub. Tərəflər meydanı heç-heçə ilə tərk ediblər. Beləcə, Monteneqro qrup lideri olubsa, yığmamız ikinci yeri tutub.

30 sentyabr

Azərbaycan – Albaniya 3:3
Qol: Şəkər Piriyeva, 29; 40. Sümeyra Kəsməz, 45+2 – Klaudiya Borsi, 7. Juarda Alijay, 21. Jehona Coka, 86.
Baş hakim: Marina Krupskaya (Rusiya).

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır