Bu gün Premyer Liqada 16-cı tura start verilib.
Sportinfo.az xəbər verir ki, günün ilk matçında “Səbail” öz meydanında “Araz-Naxçıvan”ı sınağa çəkib.
Görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.
Ardınca turun mərkəzi oyununda “Sabah” “Qarabağ”la üz-üzə gəlib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Beləliklə, Ağdam klubu turnir cədvəlində 38 xalla 2-ci yerdə qərarlaşıb. “Sabah” isə 23 xalla beşinci pillədədir. Liderlik 39 xalı olan "Araz-Naxçıvan"dadır.
“Səbail” – “Araz-Naxçıvan” 0:2
Qollar: Ramon Maçado, 47 (p), Bernardo Dias, 56
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: İnqilab Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”, 15:00
“Səbail”: 1. Hüseynəli Quliyev 74. Yusif Nəbiyev (k) 18. Süleyman Əhmədov 20. Mert Çelik 11. Rüfət Abdullazadə 19. Samir Abdullayev 8. Qorka Laruçça 3. Dmitro Litvin 7. Madi Queta 5. Gitay Sofir 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 6. Cabir Əmirli 77. Fərid Nəbiyev 15. Vüsal Məsimov 83. Nihad Quliyev 16. Emin Rüstəmov 36. Azad Əsgərov
Baş məşqçi: Cavid Hüseynov
“Araz-Naxçıvan”: 12. Kristian Avram 5. Qara Qarayev 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 2. Slavik Alxasov 16. Ramon Maçado 29. Vanderson Melo 14. Miço Kuzmanoviç 4. İqor Ribeyro 97. Felipe Santos 10. Bernardo Dias
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 6. Vadim Abdullayev 7. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 24. Mustafa Əhmədzadə 71. Sənan Ağalarov 57. Elcan Məmmədov 21. Sezar Meza Kolli 17. İssuf Paro 23. Nuno Rodriqes
Baş məşqçi: Elmar Baxşıyev
“Sabah” – “Qarabağ” 1:1
Qollar: Neqoş Kupusoviç 49 // Nəriman Axundzadə 68
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Bank Respublika Arena”, 18:00
"Sabah": 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Pavol Safranko, 40. İqor Noqeyra, 99. Neqoş Kupusoviç.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 10. Namik Ələskərov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 22. Abdulla Rzayev, 20. Coy Lens Mikels, 70. Cesse Sekidika, 3. Con İrasabal, 11. Kahim Parris, 12. Vinsent Til.
Baş məşqçi: Vasili Berezutski.
"Qarabağ": 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 20. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzia, 19. Redon Cica, 21. Aleksey Kaşuk.
Baş məşqçi: Qurban Qurbanov.