Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirildi - Paris-2024

29 Avqust 2024 00:50 Paris-2024 598
Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirildi - Paris-2024

Parisdə 2024-cü il XVII Yay Paralimpiya Oyunlarının açılış mərasimi baş tutub.

Sportinfo.az xəbər verir ki, tədbir şəhərin mərkəzi küçələrində keçirilib.

Tədbirin gedişində paralimpiyaçıların paradı olub. Parad Yelisey meydanı boyunca Konkord meydanına qədər keçirilib. Marşrut boyu idmançıları 65 minə yaxın tamaşaçı qarşılayıb.

Azərbaycan bayrağını parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva dalğalandırıb.

Paris-2024 Yay Paralimpiya Oyunları sentyabrın 8-də yekunlaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti