“Onları Azərbaycan himnini dinləməyə vadar etdik”

12 Avqust 2024 04:00 Paris-2024 688
“Onları Azərbaycan himnini dinləməyə vadar etdik”

"Fransalıları Azərbaycan himnini dinləməyə vadar etdik".

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli söyləyib.

"Ən böyük sevindirici hal odur ki, Fransanın Paris şəhərində Fransa xalqını, dövlətini himnimizi dinləməyə, bayrağımıza baxmağa vadar etdik.

Bu, böyük bir uğurdur. Tarixdə ilk dəfədir ki, iki cüdoçumuz qızıl mükafat qazanıb.

Bu uğurun arxasında Gənclər və İdman Nazirliyi, Cüdo Federasiyası, məşqçiləri, həkimlər var. Hamımız çiyin-çiyinə verib bu uğura nail olmuşuq”, – o qeyd edib.

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçular Hidayev Heydərov və Zelim Kotsoyev, həmçinin onlarla birgə mübarizə aparmış azərbaycanlı cüdoçular Bakıya qayıdıblar

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti