“Bütün Azərbaycana təşəkkür edirəm - Bu, mənim üçün qızıla bərabərdir”

12 Avqust 2024 01:50 Paris-2024 635
“Bütün Azərbaycana təşəkkür edirəm - Bu, mənim üçün qızıla bərabərdir”

"Qazandığım medala görə hər kəsə, bütün Azərbaycana təşəkkür edirəm. Bu, mənim üçün qızıla bərabərdir".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili deyib.

Giorgi Meşvildişvili yarımfinalda məğlub olduğu gürcüstanlı idmançının çox güclü olduğunu bildirib.

İdmançı bildirib ki, Parisdə keçirilən Yay Olimpiya Oyunlarında əldə etdiyi bürünc medal onu gələcək yarışlar üçün daha da motivasiya edəcək.

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da