Növbəti QALMAQAL - Bayraqlar səhv düşdü

11 Avqust 2024 09:25 Paris-2024 1 262
Növbəti QALMAQAL - Bayraqlar səhv düşdü

İdman tarixinə ən bərbad Olimpiada kimi düşən Paris-2024-də növbəti biabırçılıq yaşanıb.

Sportinfo.az xəbər verir ki, qalmaqal 92 kq çəkidə mübarizə aparan kişi boksçuların mükafatlandırması zamanı baş verib.

Azərbaycan boksçusu Alfonso Dominqesin fəxri kürsünün ikinci pilləsində dayandığı vaxt təşkilatçılar növbəti xətaya yol veriblər.

Mükafatlandırmada təmsilçimiz gümüş, özbəkistanlı Lazizbek Mullajonov qızıl, ispaniyalı Enmanuel Reyes Pla və tacikistanlı Davlat Boltayev bürünc alıb.

Təşkilatçılar isə zalda Özbəkistan, Azərbaycan, İspaniya və Tailand bayraqları qaldırıblar. Onlar Asiya ölkələri Tacikistanla Tailand arasında xətaya yol veriblər.

Alfonso Azərbaycan boks tarixində ikinci gümüş medalın sahibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti