COP29

Azər Əliyev “Pekin-2022”də atletlər kəndini ziyarət etdi - FOTO

6 Fevral 2022 00:50 Paris-2024 15 444
Azər Əliyev “Pekin-2022”də atletlər kəndini ziyarət etdi - FOTO

Pekin-2022 Qış Olimpiya Oyunları üçün Çində səfərdə olan Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev atletlər kəndini ziyarət edib.

Sportinfo.az xəbər verir ki, MOK rəsmisi səfər zamanı idmançıların şəraiti ilə tanış olub.

Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edir. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq.

Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova məharətini sərgiləyəcək.

Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti