“Neftçi”nin futbolçusu: “Həyat yoldaşıma dedim ki, gəl...”

9 Sentyabr 2023 12:00 Neftçi 2 521
“Neftçi”nin futbolçusu: “Həyat yoldaşıma dedim ki, gəl...”

“Bir neçə ildən sonra böyük futbolçuların Azərbaycanda oynamaq istəyəcəklərinə inanıram”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin israilli legioneri Kenni Sayef “glodniwiedzy.pl” saytına müsahibəsində deyib.

Azərbaycan barədə müsbət fikirlər səsləndirən 30 yaşlı yarımmüdafiəçi burada braziliyalı futbolçuların çoxluq təşkil etdiyini söyləyib:

“Qarabağ” Avropa Liqasının qrupuna vəsiqə qazanıb. Düzdür, liqa o qədər də maraqlı hesab edilmir.

Müqaviləmin müddəti başa çatırdı və mənə maraqlı idman layihəsi təklif olunurdu. Ona görə də yoldaşıma dedim ki, gəl cəhd edək.

Etiraf edim ki, azərbaycanlılar futbolun təbliği üçün çox səy göstərdilər. Xüsusən də AVRO-2020-nin oyunlarına ev sahibliyi etməklə.

Burada özümü yaxşı hiss edirəm. Azərbaycan müsəlman ölkəsidir, amma biz Belçikadakı kimi yaşayırıq. Onlar çox açıqdırlar”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar