"Neftçi" maliyyə şərtlərini yumşaltmayan forvarddan imtina edəndən sonra…

17 Sentyabr 2023 12:20 Neftçi 3 007
"Neftçi" maliyyə şərtlərini yumşaltmayan forvarddan imtina edəndən sonra…

Aleksa Vukanoviçin «Neftçi»yə transferi baş tutmayıb.

Serbiyalı hücumçu maliyyə şərtlərində güzəştə getmədiyindən, «ağ-qaralar» onunla müqavilə imzalamayıb.

31 yaşlı forvard karyerasını bundan sonra ölkəsində davam etdirəcək. O, yerli «Voyvodina» ilə anlaşıb. Kontraktın müddəti 1 ildir.

Bakılılar «Herceqovac Qajdobra»nın yetirməsini hələ yayın əvvəlində sıralarına qatmağa cəhd göstərib.

Balkanlı həmin vaxt 500 min dolların üzərində müqavilə tələb edib və danışıqlar bu səbəbdən xeyli uzanıb. Adrian Mutu daha sonra onun transferini arxa plana çəkib.

Aleksa başqa klublarla ortaq xil tapmadığından, yenidən «Neftçi» rəsmiləri ilə əlaqə yaradıb və Azərbaycana gəlməyə razı olduğunu bildirib.

Ona çatdırılan son söz isə bu olub - çox pul istəyirsən, qiymətdə xeyli düş. Balkanlı yarım milyon dollardan az pula bura gəlmək istəməyib.

Sözügedən forvard ötən illər ərzində yerli «Kelarevo», «Backa», «Napredak Krusevac» və «Red Star Belgrad»ın formasını geyinib.

2022-ci ildə Çindən gələn təklifi qəbul edib və «Meyzu Hakka»ya yollanıb.

Bu ilin əvvəlində isə Qətərə üz tutub və «Umm Salal»la müqavilə imzalayıb. Balkanlı legoner geridə qalan müddətdə cəmi 4 oyuna çıxıb və 1 qol vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti