“Neftçi” Rusiyadan yarımmüdafiəçi transfer edir?

2 Sentyabr 2023 00:50 Neftçi 1 854
“Neftçi” Rusiyadan yarımmüdafiəçi transfer edir?

Rusiyalı yarımmüdafiəçi Reziuan Mirzov “Neftçi”yə keçəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiyanın “Çempionat” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Hazırda Mirzov azad agent statusundadır. 30 yaşlı futbolçunun son klubu “Ximki” olub.

Futbolçu 2020-ci ildən “Ximki”nin heyətində çıxış edib, Moskva vilayətinin komandasında 67 oyun keçirib, 14 qol vurub və 7 məhsuldar ötürmə verib.

Ötən mövsüm Reziuan Mirzov 27 matçda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar