“Qarabağ”la qarşılaşmada ona bir neçə dəqiqə oynamaq imkanı verə bilərəm" - MUTU

7 Oktyabr 2023 09:20 Neftçi 2 797
“Qarabağ”la qarşılaşmada ona bir neçə dəqiqə oynamaq imkanı verə bilərəm" - MUTU

“Elə oyunçularımız var ki, onlardan gözləntilərimiz daha çoxdur və komandaya böyük fayda verə bilərlər. Bunun üçün də zamana ehtiyac var”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu klubun televiziyasına açıqlamasında deyib.

Rumıniyalı mütəxəssis Premyer Liqanın IX turunda “Qarabağ”la keçiriləcək oyuna hazır olduqlarını bildirib:

“Məşqlərimiz yaxşı keçir. Bizi necə matçın gözlədiyini bilirik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

Ümid edirəm ki, azarkeşlər yenə böyük dəstək verərək yanımızda olacaqlar. Uyğunlaşma dövrü, demək olar ki, başa çatıb”.

Mutu zədəsini sağaldan yarımmüdafiəçi Eddi İsrafilova “Qarabağ”la qarşılaşmada şans verəcəyini istisna etməyib:

“Eddi İsrafilova “Qarabağ”la görüşdə bir neçə dəqiqə oynamaq imkanı verə bilərəm. O, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonrakı dönəm üçün tam hazır olacaq.

Eddi bizə meydanda lazım olan futbolçulardandır. Komandaya təsirini xüsusi qeyd etmək lazımdır. Ona böyük hörmətim var”.

Oktyabrın 8-də keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 19:30-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar