"Neftçi"dən təklif aldı, sevdiyi xanımla məsləhətləşdi - VİDEO

14 Sentyabr 2023 11:00 Neftçi 15 619
"Neftçi"dən təklif aldı, sevdiyi xanımla məsləhətləşdi - VİDEO

“Neftçi”də sözün həqiqi mənasında əla kollektivlə rastlaşdım”.

Sportinfo.az xəbər verir ki, bunu “ağ-qaralar”ın yeni transferi Lukas Melano klubun televiziyasına müsahibəsində deyib.

Argentinalı futbolçu komandada müsbət ab-hava olduğunu söyləyib:

“Çox yaxşı insanlardır. Komandada mükəmməl futbolçular toplanıb. Bunu dərhal hiss etmək olur.

Burada olduğuma görə çox xoşbəxtəm. Gözəl nəticələr əldə etmək üçün kollektiv şəklində əzmkar çalışmalıyıq.

Stadionda azarkeşlərlə bir-birimizi qısa zamanda tanımağımız üçün səbirsizlənirəm. Ümid edirəm ki, uğurlu mövsüm olar və birlikdə vacib nailiyyətlər qazanarıq”.

Lukas Melano 2 illik müqavilə bağlayıb. 30 yaşlı hücumçu “Neftçi” ilə danışıqların çox qısa çəkdiyini bildirib:

“Hər şey çox tez baş verdi. Mənə zəng edib təklif olduğunu dedilər.

Elə də çox vaxt yox idi, çünki transfer bazarı artıq bağlanmaq üzrə idi. Ailəmlə, sevdiyim xanımla danışdım.

Məxsus olduğum klub tərəfindən də danışıq aparmağa razılıq var idi. Bura gəlməyə çox istəkli idim. Danışığın müsbət yekunlaşması məni çox sevindirdi”.

O, təklif aldığı zaman Bakı klubunun sabiq oyunçusu Xorxe Korrea ilə məsləhətləşdiyini etiraf edib:

“Azərbaycan, ölkə çempionatı və klub haqqında məlumatım var idi. Dostum Xorxe Korrea burada oynamışdı.

Uşaq yaşlarında Argentinada birlikdə çıxış etmişik. İlk olaraq onunla əlaqə saxladım.

Klub, insanlar, şəhər və çempionat haqqında çox yaxşı sözlər dedi. Bu amil qərar verməyimdə çox kömək oldu”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar