“Neftçi” Türkiyə klubunun legionerini heyətinə qatmaq istəyirmi?

11 Oktyabr 2023 15:00 Neftçi 2 886
“Neftçi” Türkiyə klubunun legionerini heyətinə qatmaq istəyirmi?

"Sakaryaspor"un yarımmüdafiəçisi Odise Roşi "Neftçi"nin maraq dairəsində deyil.

Bu haqda paytaxt klubundan redaksiyamıza məlumat verilib.

Bilidirlib ki, 32 yaşlı albaniyalının Azərbaycana gələcəyi yönündə social şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir:

“Onunla heç bir danışıqlar aparılmayıb. Transfer siyahımızda yer alan legionerlər arasında bu ad yoxdur”.

Onun Türkiyə klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq. Roşi bu mövsüm 7 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Adıçəkilən futbolçu karyerası ərzində “Apolonia Fier”, “Flamurtari”, “Köln”, “FSV Frankfurt”, “Riyeka”, “Axmat”, “Diosqyor”, “Boluspor”da oynadıqdan sonra 2022-ci ildə “Sakaryaspor”a keçib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM