“Neftçi”də daha bir təyinat – O da doğma klubuna qayıdır?

28 Sentyabr 2023 10:40 Neftçi 2 448
“Neftçi”də daha bir təyinat – O da doğma klubuna qayıdır?

“Neftçi”də daha bir təyinat reallaşıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərə əsasən, yeni mətbuat katibi müəyyənləşib. Bu vəzifəyə Emin Əfəndi təyin edilib.

45 yaşlı Emin Əfəndi müxtəlif illərdə Azərbaycan Kubokunun finallarının açılış və bağlanış mərasimlərinə təşkilatçılıq edib. O, 2011-ci ildə Azərbaycanda keçirilən boks üzrə dünya çempionatının açılış və bağlanış mərasiminin baş prodüseri olub.

İki gün əvvəl “Neftçi”nin yeni strukturu təsdiqlənib.

Media, marketinq və ictimaiyyətlə əlaqələr departamenti kommersiya və kommunikasiyalar üzrə iki hissəyə ayrılıb. Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev, kommunikasiyalar üzrə direktor isə Aysu İbrahimlidir.

İndi açıq qalan yeganə məsələ “Neftçi TV” ilə bağlıdır. Dörd il öncə yaradılan və yaxınlarda kabel tedevizyasına çevrilmək imkanı əldə edən kanalın Gündüz Abbaszadəyə tapşırılacağına dair xəbərlər yayılıb.

İddialara görə, vaxtilə paytaxt klubunda mətbuat katibi olmuş tanınmış telejurnalistə dönüşlə bağlı danışıqlar aparılıb.

İyunda 2,5 il çalışdığı «Qarabağ»dan ayrılan Abbaszadənin «Neftçi»yə qaytarılmasının müzakirə edildiyi, lakin hələ prosesin başa çatmadığı bildirilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var