Kamran Quliyevin başı SOCAR və AFFA ilə yeni dərddə - VİDEO

1 May 22:45 Neftçi 593
Kamran Quliyevin başı SOCAR və AFFA ilə yeni dərddə - VİDEO

«Neftçi»nin əsas komandasının xüsusi rejimli karantin dönəmində - aprelin 25-də məşqə çıxması barədə dünən yaydığımız xəbər aydın səmada ildırım kimi çaxdı.

Fakt olaraq ortaya qoyduğumuz videonu Baqali Dabonun özünün sosial profilində paylaşması bir anda bütün diqqəti klub rəhbərliyinə yönəltdi.

Onlar isə gözlədiyimiz kimi təkzib yolunu tutdular, fransalı legioneri videonu profilindən silməyə məcbur etməklə yanaşı, «əl quzusu»na çevirdikləri bəzi «mirzələr»ə məxsus «mətbu orqanlar»da əleyhimizə qarayaxma kampaniyası apardılar.

Və bu, indinin özündə də həmin üzdəniraq və mediaya ləkə olan «jurnalistlər» tərəfindən davam etdirilməklədir.

Dabonun videonu səhifəsindən silməsi «Neftçi» rəhbərliyinin həqiqətən təqsirkar olmasının isbatıdır. Soğan yeməmisizsə, içiniz niyə göynəyir?

Əgər doğrudan da, bu video karantindən əvvəl çəkilibsə, fransalı legioner onu niyə məhz bugünlərdə paylaşır? Həmin vaxt bunu edə bilməzdimi? Yox əgər, bu, sizi narahat etmirdisə, niyə Daboya o videonu sildirirdiz? Qoy, qalmışdı da.

Bildiyimizə görə, komandanın karantinə məhəl qoymadan məşqə çıxmasından həm AFFA, həm də SOCAR mənsublarının öncədən xəbəri olub. Hətta video saytmıza çıxmazdan qabaq.

Məlumatımız var ki. klubun prezidenti Kamran Quliyev aidiyyatlı qurumlara çağırılıb, ondan bununla bağlı hesabat tələb olunub, özbaşınalığa son qoyulması istənilib. Xəbərdarlıq edilib ki, bu hərəkətdən dolayı sərt tədbirlərin görüləcəyini gözünün altına alsın.

Budur, indi «Neftçi» rəsmilərinin kürkünə birə salan. Saytımızın məlum videonu tapıb üzə çıxarması və tirajlaması yuxularını qaçırıb. Ona görə də əl-ayağa düşüblər, barəmizdə həqiqətəuyğun olmayan iddialar ortaya atırlar. Sadəcə, diqqəti özlərindən yayındırmaq üçün.

Bəli, Kamran bəy, bəlkə çıxıb bunu da təkzib edəsiz, etdirəsiz? Nə çoxdur qapınızda sümmünən «mirzələr», birinə tapşırın, at kimi ictimaiyyətin üzünə dayansın. Deyin, qulbeçələriniz daha bir bəyanat yaysınlar..

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi
26 May 22:40 Qurbanov lazım deyil?