“Neftçi”dən, Bordinin istefası və Məmmədovun təyinatından danışdı

13 Fevral 2020 16:56 Neftçi 932
“Neftçi”dən, Bordinin istefası və Məmmədovun təyinatından danışdı

Bu gün Azərbaycan Radiosunun səhər efirinin qonağı AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov olub.

Sportinfo.az xəbər verir ki, yerli mütəxəssislərin Premyer Liqadakı işini müsbət amil kimi qiymətləndirən Məmmədov “Neftçi”nin baş məşqçisi Roberto Bordinin istefası və Füzuli Məmmədovun təyinatından da danışıb:

“Xüsusilə qeyd etmək istərdim ki, Füzuli Məmmədovun təyinatı bizi sevindirir. Çünki Bordinin yanında işləyirdi. Bu da o deməkdir ki, strateji, sistemli yanaşma var.

Bordin gedəndən sonra dərhal Məmmədov təyin olundu. Bu sevindirici haldır. Ümumi olaraq azərbaycanlı futbol mütəxəssisləri AFFA-da təhsil alırlar. Həmin təhsili də tətbiq etməlidirlər. Təbii ki, bu çox vacibdir”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"