“Messidən penalti vurmasını istədim, o isə rədd etdi”

12 Sentyabr 2025 01:30 Fransa 899
“Messidən penalti vurmasını istədim, o isə rədd etdi”

“Santos”un hücumçusu Neymar “İnter Mayami”nin forvardı Lionel Messi ilə PSJ-də oynadığı vaxtla bağlı hekayəsini xatırladıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı futbolçu ilə arasındakı söhbəti belə nəql edib:

“PSJ-də bir dəfə Messidən penalti vurmasını istədim. O isə dedi: “Xeyr, mən bunun üçün burada deyiləm. Ya özün al, ya da Kilian Mbappeyə ver”. O, heç mübahisə etmir. Çox sakitdir”.

Neymar 2017-2023-cü illərdə, Messi isə 2021-2023-cü illərdə PSJ-də çıxış edib. Onlar PSJ-dən əvvəl “Barselona”da birgə çıxış ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim
16 Sentyabr 01:10 “Nefttçi" o imzanı atdı!