"Neftçi"dən SON TRANSFER XƏBƏRİ - Özü razılaşdı, məsələ 70 faiz bitdi…

8 Sentyabr 2023 11:40 Neftçi 6 111
"Neftçi"dən SON TRANSFER XƏBƏRİ - Özü razılaşdı, məsələ 70 faiz bitdi…

Argentinalı hücumçu Lukas Melano ilə anlaşan «Neftçi» daha bir legionerin yolunu gözləyir.

Adrian Mutunun xdmətində maraqlı olduğu növbəti əcnəbi də ön xətt oyunçusudur.

Klubun təmsilçiləri hazırda ölkə xaricindədir və bu transferin tezliklə baş tuimasına çalışır.

Redaksiyamıza verilən məlumata görə, baş məşqçi bu forvardı 7 namizəd arasından seçib və bəyənilən tərəf də ağ-qara formanı geyinməyə razıdır.

Sadəcə, klublar hələ təzminat məsələsində ortaq məxrəcə gələ bilməyib.

«Neftçi» tələb olunan məbləği aşağı çəkməyə səy göstərir və bu, baş versə yaxın 1-2 gün ərzində, bəlkə də günü bu gün yeni transferin adı rəsmən ictimaiyyətə açıqlanacaq.

Hələlik keçidin reallaşmaq ehtimalı 70 faiz olaraq qiymətləndirilir. Bununla belə, paytaxt təmsilçisi onun ismini 4 gün öncə iştirak ərizəsinə daxil edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar