Futbol bayramı, "Neftçi Arena" rəhbərliyinin səriştəsizliyi - FOTOLAR

3 Avqust 2024 19:40 Neftçi 2 783
Futbol bayramı, "Neftçi Arena" rəhbərliyinin səriştəsizliyi - FOTOLAR

"Neftçi"nin "Turan Tovuz" qarşılaşması səbrsizliklə gözlənilirdi.

"Ağ-qaralar"ın yeni mövsümə necə hazırlaşdığı xüsusi maraq doğururdusa, iki əcnəbi mütəxəssis - Roman Qriqorçukla Kurban Berdıyevin taktiki mübarizəsindən hansının qalib ayrılacağı sual doğururdu.

Ümidlənən "Forza Neftçi" yeni plakatla tribunadakı yerini tutmuşdu və 90 dəqiqə sevimli komandalarna lazım olan dəstəyi verdilər.

Qonaq fanatlar da azlıq təşkil etmirdi. Təxminən 200 nəfərlik heyətlə "Neftçi Arena"ya təşrif buyurmuş, "batalyonumuz şəhərinizdə" banneri ilə rəqibə söz atmağı unutmamışdı.

Yeri gəlmişkən, tribunaların təxminən yarı hissəsi dolmuşdu ki, bu, maraqlı oyuna əlavə rəng qatmışdı.

"Neftçi"lilərin sevimlisi səsi İsmayıl Abdullayevin diktor funksiyasını yerinə yetirməsini, media sektorundakı masalara yeni üzlüklərin çəkilməsini yenilik kimi qələmə vermək olar.

Hər şey yaxşı idi. Stadionun ot örtüyünün vəziyyətindən başqa. İki aydan çoxdur oyun qəbul etməyən arenanın qazonunun yarasız durumda olması stadion rəhbərliyinin səriştəsizliyi, ya da məsuliyyətsizlidir. Başqa ad tapmaq olmur.

Böyük büdcəyə sahib, yüksək hədəflərin arzusu ilə yaşayan "Neftçi"nin ev oyunlarını yararsız qazonda keçirməsinin biznesmenin daxmada yaşaması ilə fərqi yoxdur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”