
«Kocaelispor» bu ilin əvvəlində sıralarına qatdığı Ramil Şeydayevlə vidalaşmağa razılıq verib.
Millimizin hücumçusu klub rəhbərliyi ilə görüşərək, onlara öz istəyini bildirib.
28 yaşlı forvard Kocaeliyə adaptasiya olmağa çətinlik çəkdiyini, Azərbaycana qayıtmağı arzuladığını söyləyib.
O, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandalardan birinə keçməyi fikirləşdiyini deyib.
Yönətim Ramilin xahişinə anlayış göstərib. Bununla belə, diqqətinə çatdırıblar ki, onunla havayı vidalaşmayacaqlar, mütləq surətdə təzminat ödənilməlidir.
Şeydayev «Neftçi» və «Sabah»dan təklif alıb. «Zenit»in yetirməsi 2024-cü il yanvarın 17-də “Kocaelispor”a keçib və 2025-ci il iyunun 30-na qədər bu kluba məxsusdur.
Şeydayev karyerası ərzində "Zenit", "Rubin", "Trabzonspor", "Jilina", "Qarabağ", "Krılya Sovetov", "Dinamo"(Moskva), "Sabah" və "Buriram Yunayted"də oynayıb.
TFF I Liqa təmsilçisinə "Buriram Yunayted"dən keçib. Ötən 6 ay ərzində 2 qol vuran hücumçu əvəzində 350 min dollar qazanıb.
SPORTİNFO.AZ