“Neftçi”nin çörəyi haramın olsun!” - Yazdığı rəy ona baha başa gəldi: FOTOFAKT

12 Oktyabr 2023 01:10 Neftçi 13 477
“Neftçi”nin çörəyi haramın olsun!” - Yazdığı rəy ona baha başa gəldi: FOTOFAKT

Kosovonun “Lapi” klubunda çıxış edən Araz Abdullayev növbəti dəfə diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Azərbaycan Premyer Liqasının 9-cu turunda keçrilən “Neftçi” - “Qarabağ” matçından sonra (0:2) Ağdam təmsilçisinin “Instagram” səhifəsinə şərh yazıb. 31 yaşlı futbolçu 2 ürək smaylı yerləşdirib.

Onun bu addımı “Neftçi” azarkeşlərinin xoşuna gəlməyib. Rəyin altından ““Neftçi”nin çörəyi sənə haram
olsun!” rəyi yazılıb.

Adətən azarkeşlərlə yaşadığı qalmaqallarla gündəmə gələn Araz bu dəfə fərqli addım atıb. O, diplomatik cavab verməyə çalışıb. “2 ürək, yəni hər iki komanda da ürəkdir” – deyə vinger bildirib.

“Neftçi”nin yetirməsi olan Araz 2016-cı ilə kimi “ağ-qaralar”ın formasını geyinib. Abullayev 2018-2020-ci illər aralığında isə “Qarabağ”da çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar