Məşhur klubun müdafiəçisi “Neftçi”nin təklifini qəbul etmədi

11 Oktyabr 2023 16:20 Neftçi 1 709
Məşhur klubun müdafiəçisi “Neftçi”nin təklifini qəbul etmədi

"Spartak"ın müdafiəçisi Leon Klassen bu yay "Neftçi"yə keçməkdən imtina edib.

Sportinfo.az "Metareytinq"ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu yay transfer pəncərəsində Azərbaycan klubundan təklif alıb.

Bu ilin iyul ayında "Spartak"la əməkdaşlığa başlayan paytaxt təmsilçisi Moskva klubunun futbolçusu ilə icarə müqaviləsi bağlamaq istəyib. Lakin Leon "ağ-qaralar"a keçmək istəməyib.

Rusiya və Almaniya vətəndaşlığı olan Klassen 2022-ci ildən "Spartka"da çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar