“Neftçi”nin müdafiəçisi şeytandan danışdı, “davamı gələcək” dedi

10 Oktyabr 2023 21:00 Neftçi 1 236
“Neftçi”nin müdafiəçisi şeytandan danışdı, “davamı gələcək” dedi

“Biz daha çox qol vurmalıyıq və bunun üzərində işləməliyik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin müdafiəçisi Mark Tamaş deyib.

“Kəpəz”, “Araz-Naxçıvan”, “Sumqayıt” kimi rəqiblər oyunu müdafiədən qurur deyə, onların qapısına yol tapmaq çətindir.

“Qarabağ” açıq futbol oynayır, amma “ağ-qaralar” bu komandaya da qol vura bilmir. Tərəflər arasında mövsümün ilk derbisi “köhlən atlılar”ın 2:0 hesablı qələbəsi ilə başa çatdı.

Problemin kökünü harada axtarmaq lazımdır? Macarıstanlı legioneri dinləyək:

“Premyer Liqanın 9 turunda 7 dəfə fərqlənmişik. Bu, bizim üçün yaxşı göstərici deyil.

Hansısa qarşılaşmada 2-3 dəfə fərqlənib “şeytanın qıçını qırsaq”, davamı gələcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar