"Qarabağ"la oynadı, problemi üzə çıxdı - "Neftçi"yə 2 həftə sonra dönəcək

10 Oktyabr 2023 14:00 Neftçi 857
"Qarabağ"la oynadı, problemi üzə çıxdı - "Neftçi"yə 2 həftə sonra dönəcək

Zədə səbəbindən Azərbaycan millisinin düşərgəsindən ayrılan "Neftçi"nin futbolçusu Eddi İsrafilovun durumuna aydınlıq gəlib.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, 31 yaşlı yarımmüdafiəçi "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın IX turunun oyununda sıradan çıxıb.

İsrafilov sözügedən qarşılaşmada zədələnib və daha sonra ağrılar hiss edib. O, klubun həkimi ilə məsləhətləşdikdən sonra yığmanın hazırlıq prosesində iştirak edə bilməyəcəyini söyləyib.

Futbolçu ikihəftəlik müalicədən sonra fərdi məşqlərə başlayacaq.

AVRO-2024-ün seçmə mərhələsində oktyabrın 13-də Estoniyanın qonağı olacaq Azərbaycan millisi bundan üç gün sonra doğma meydanda Avstriyanı qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar