Mutu hücumçu alsın - "Neftçi"də nə gördüm?

9 Oktyabr 2023 19:00 Neftçi 2 359
Mutu hücumçu alsın - "Neftçi"də nə gördüm?

Mövsümün ilk derbisi «Neftçi»nin məğlubiyyəti ilə bitdi.

İkinci hissədə «Qarabağ»ın vurduğu qollara mane ola bilmədilər.

Adrian Mutu matçın sonuna doğru hədsiz qəmgin görünürdü. Üz cizgilərindən yalnız pərişanlıq yağırdı.

Üzülməyə dəyərdimi, dəyərdi.

«Neftçi» oynadı. Gözəl futbol nümayiş etdirməsələr də, 10 ballıq şkala üzrə onlara 7 bal verərdim.

Fikrimcə, Mutu «Qarabağ»ın adından çəkindi. Rumıniyalı komandasına daha çox inansaydı, düşünürəm ki, nəticə də fərqli ola bilərdi.

Hücumda «diş» göstərməyə çalışdılar, amma bu da yetərli olmadı.

Mövsümqabağı alınan ön xətt oyunçularının heç biri hələ də formaya düşməyib və bu, Emin Mahmuovun drijorluq etdiyi orta sahənin faydalı iş əmsalına qurşaqdan aşağı zərbə endirir.

Yenilənən «Neftçi»yə empati yanaşmanın əleyhinəyəm. Mutu çempionatı tanımır. «Qarabağ»dan savayı bir qeyri komandanın adını eşitməyib.

Eşidibsə belə, müfəssəl məlumatı olmayıb və bilgi sarıdan yetərsiz qalması indi əl-ayağına dolaşır, səhv qərarlara yol açır.

Rumıniyalı baş məşqçi son 3 ayda «Neftçi»ni xeyli yeniləyib.

Transfer siyasətini növbəti dəfə nəzərdən keçirsə, bəzi əcnəbiləri göndərib hücum xəttini gücləndirəcək simalar tapsa, qış fasiləsindən sonra «Neftçi»nin qarşısında dayanmaq çətin olacaq.

Mən pozitivəm və bu klubun azarkeşlərini səbrli olmağa səsləyirəm. Yüzə dözən, yüzbirə də dözər.

«Neftçi» elə bir dönəmdən keçir ki, ona yalnız öz tərəfdarı sahib çıxa bilər.

Bunu başqa heç kim etməyəcək. Dəstəyi kəsməsinlər, onu daha da artıq etsinlər.

Heç olmasa, «Neftçi»nin adı xatirinə!

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar