"Neftçi"nin baş məşqçi postundan uzaqlaşdırıldı, 1 milyon qazandı

9 Oktyabr 2023 11:40 Neftçi 8 128
"Neftçi"nin baş məşqçi postundan uzaqlaşdırıldı, 1 milyon qazandı

Ötən mövsüm "Neftçi"ni baş məşqçisi olmuş Laurentsiu Regekampfın yeni iş yerində qazancı bilinib.

"Əl-Tai"dən gələn təklifi dəyərləndirən rumıniyalı çalışdırıcı Səudiyyə Ərəbistanında 1 milyon avro əldə edəcək.

Yerli klub birillik müqaviləyə imza atan mütəxəssisin köməkçilərinə də 500 min avro ödəməyi lazım bilib.

Yüksək liqada qüvvəsini sınayan "Əl-Tai" 9 tura 7 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində məskunlaşıb.

Regenin qarşısına komandanı elitada saxlamaq vəzifəsi qoyulub. O, bu məqsədin öhdəsindən gələrsə, daha 300 min avro bonus alacaq.

Ötənr ilin iyununda «Neftçi» ilə anlaşmış Rege 2 illik müqaviləyə imza atsa da, onunla anlaşmaya vaxtından əvvəl xitam verilib.

Müqaviləsi birtərəfli qaydada pozulan şərqi avropalı daha sonra ölkəsinə qayıdıb və "Universitetya Krayova"da işə başlayıb.

"Əl-Tai" onu görəvə gətirə bilmək üçün "Universitetya Krayova"ya 300 min avro təzminat ödəyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM