Emin Mahmudov "Neftçi"ni tək buraxdı

9 Oktyabr 2023 09:20 Neftçi 1 954
Emin Mahmudov "Neftçi"ni tək buraxdı

"Neftçi" Azərbaycan Premyer Liqasının 9-cu turunda doğma meydanda "Qarabağ"a 0:2 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" bu matçda aparıcı oyunçularından olan Emin Mahmudovu da itirib.

31 yaşlı yarımmüdafiəçi sarı vərəqə alaraq cəzalı duruma düşüb.

Kapitan mövsüm ərzində 4-cü sarı vərəqəni görüb. Təcrübəli futbolçu daha əvvəl "Kəpəz" (0:1), "Araz-Naxçıva" (0:1) və "Zirə" ilə matçda (1:1) da cəzalandırılmışdı.

Emin Mahmudov Premyer Liqanın 9-cu turunun "Səbail"lə oyununda komandasına kömək edə bilməyəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar