Albaniyalı vinger "Neftçi"nin transfer siyahısında

9 Oktyabr 2023 02:00 Neftçi 1 535
Albaniyalı vinger "Neftçi"nin transfer siyahısında

"Neftçi" transfer işlərini davam etdirir.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, klubun maraq dairəsinə daha bir futbolçu düşüb.

"Ağ-qaralar" "Sakaryaspor"un yarımmüdafiəçisi Odise Roşini transfer siyahısına daxil edib.

32 yaşlı albaniyalının Azərbaycana gəlib-gəlməyəcəyi isə qışda dəqiqləşəcək. Onun Türkiyə klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.

Roşi bu mövsüm 7 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Adıçəkilən futbolçu karyerası ərzində “Apolonia Fier”, “Flamurtari”, “Köln”, “FSV Frankfurt”, “Riyeka”, “Axmat”, “Diosqyor”, “Boluspor”da oynadıqdan sonra 2022-ci ildə “Sakaryaspor”a keçib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM