Premyer Liqanın 9-cu turunun mərkəzi qarşılaşması "Neftçi Arena"da keçirilir.
"Neftçi" əbədi və əzəli rəqibi "Qarabağ"ı qəbul edir.
11 min azarkeş tutumlu stadionun yarıdan çoxunun dolduğunu nəzərə alsaq, oyuna narağın böyük olduğunu deyə bilərik.
Hələ hakimin start fitindən əvvəl fəallığı ilə diqqət çəkən "Forza Neftçi" oyunun ilk dəqiqələrində yer aldığı ənənəvi sektoru tərk edib.
"Forzalılar"ın açmaq istədiyi plakata polislər icazə verməyib. Narazı fanatlar etiraz olaraq yer aldıqları tribunanı tərk edib. Onların bir qismi yanaşı tribunaya keçib.
Meydan sahibi "Neftçi" olsa da, "Qarabağ" azarkeşlər daha fəal görünür.
HƏBİB / SPORTİNFO.AZ

