"Neftçi" bu gecə derbidə "Qarabağ"a qalib gəlsə… BÖYÜK MÜKAFAT!

8 Oktyabr 2023 12:20 Neftçi 2 421
"Neftçi" bu gecə derbidə "Qarabağ"a qalib gəlsə… BÖYÜK MÜKAFAT!

Bu gün Premyer Liqada 9-cu tura yekun vurulacaq.

Turun mərkəzi qarşılaşmasında ötən mövsümün bürünc medalçısı "Neftçi" son çempion "Qarabağ"ı qəbul edəcək.

Bu oyun isaat 19:30-da start götürəcək.

Ev sahiblərinin derbidən gözləntiləri çoxdur. Son iki sezonda rəqibinə qalib gələ bilməyən «ağ-qaralar» 3 xal müqabilində həm turnir cədvəlində mövqeyini yaxşılaşdıracaq, həm də maliyyə durumunu.

Axşam keçiriləcək qarşılaşma futbolçuların hər birinə 5000 manatın üstündə pul qazandıra bilər. Hər halda rəhbərlik onları motivasiya etmək üçün mükafat fondunu artırmağı qərara alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM