“Neftçi” Azərbaycan Premyer Liqasının IX turunda qarşılaşacağı “Qarabağ”la oyundan öncə qarşı tərəfə atmaca atıb.
Sportinfo.az xəbər verir ki, “ağ-qaralar”ın sosial şəbəkə hesablarında görüşlə bağlı anons videosu paylaşılıb.
“Bu şəhər bizimdir - “Neftçi”lilərin!”, - deyə paytaxt təmsilçisi Ağdam klubuna atmaca atıb.
Oktyabrın 8-də “Neftçi Arena”da keçiriləcək Azərbaycan derbisi saat 19:30-da başlayacaq.

