“Mən də “Qarabağ“la oyunda meydanda olacam, komandama kömək edə biləcəm“

7 Oktyabr 2023 12:40 Neftçi 1 620
“Mən də “Qarabağ“la oyunda meydanda olacam, komandama kömək edə biləcəm“

“Azarkeşlərlə birlikdə daha güclü oluruq”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin legioneri Yuri Matias klubun televiziyasına açıqlamasında deyib.

Braziliyalı müdafiəçi Premyer Liqanın IX turunda üz-üzə gələcəkləri “Qarabağ”la matça hazırlığın yüksək səviyyədə keçdiyini söyləyib:

“Oyundan-oyuna komandada inkişaf göz önündədir. Düşünürəm ki, “Qarabağ”la görüşə kimi tam hazır olacağıq.

Həftəboyu üzərimizdə çalışırıq ki, oyun günü yaxşı vəziyyətdə olaq. Azarkeşlərimizin “Qarabağ”la matçda bizi dəstəkləmələrini istəyirəm”.

28 yaşlı oyunçu əzəli rəqiblə qarşılaşmaya özünü hazır sayır:

“Ümid edirəm ki, mən də meydanda olacağam, komandama kömək edə biləcəyəm. Amma buna baş məşqçi qərar verir.

Təəssüf ki, ötən turda iştirak edə bilmədim. Buna baxmayaraq, komanda yoldaşlarım uğurlu çıxış edərək, “Turan Tovuz” üzərində səfər qələbəsi qazandılar”.

Oktyabrın 8-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 19:30-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar