"Neftçi" tezliklə… Mutudan azarkeşləri sevindirəcək gözəl vəd!

5 Oktyabr 2023 11:40 Neftçi 3 300
"Neftçi" tezliklə… Mutudan azarkeşləri sevindirəcək gözəl vəd!

«Neftçi» tezliklə yüksəlişə keçəcək» - bu vədi Adrian Mutu verib.

Klub rəhbərliyi ilə görüşən rumıniyalı mütəxəssis komandanın son həftələrdə özünə gəlməyə başladığını, futbolçuların sərgilədiyi mübarizə əzminin onu qane etdiyini bildirib.

Üç ay öncə görəvə gətirilən çalışdırıcı yay fasiləsində düşərgəyə xeyli sayda yeni oyunçunun qoşulduğunu xatırladıb və qeyd edib ki, onların adaptasiya prosesi keçməsi, bir-birlərinə öyrəşməsi zaman istəyir.

Şərqi avropalı sükançı komandanın tədricən sürət yığdığını, bir müddət sonra tamamilə formaya düşəcəyini deyib.

O, əmindir ki, zədə və hakimlərlə bağlı problemlər qarılaşmasalar, kollektiv qələbələri sıralayacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar