"Neftçi" Azərbaycan futbolunun ən köklü klubudur.
Komanda hər zaman qədim tarixi ilə bərabər, həm də böyük eqosu ilə seçilib.
Hardasa başadüşüləndir.
Burada çalışanlar - rəsmilər, futbolçular, texniki heyət rəqiblərdən biraddım öndə sayıb özünü.
Hər zaman hörmət gözləyən tərəf olublar. Bəzən qarşı tərəfə hörmətsizlik etdikləri də az olmayıb.
Zaman-zaman uğurlu olanda rəqib tərəfə edilən hörmətsiz jestlər çətin ki, kiminsə yadından çıxsın.
Deyəsən, Qara Qarayev zəngin təcrübəsi ilə bu mövzuda fərqli atmosfer formalaşdırmaq istəyir.
Hər halda, oyunlarda gördüyümüz mənzərə bunu deməyə əsas verir.
Belə ki, 31 yaşlı yarımmüdafiəçi hər yaranan konfiliktdə sülh missiyasını üzərinə götürür.
Lazım olanda rəqib futbolçulara, məşqçilərə yaxınlaşıb barışıq mövqeyni ortaya qoyur.
Qıcıqlandırıcı hərəkətlərə, sözlərə maksimum yer qoyulmamasına çalışır.
Elə sonuncu tovuz səfərində dəfələrlə oxşar mənzərəyə şahidlik etdik.
Məncə, Qarayevin aşılamağa çalışdığı yeni tərzin "ağ qaralar"a ancaq faydası dəyə bilər.
XANOĞLAN / SPORTİNFO.AZ

