"Neftçi"də pozulan "qol orucu" sevindirir, bəs ümid?

4 Oktyabr 2023 17:00 Neftçi 1 497
"Neftçi"də pozulan "qol orucu" sevindirir, bəs ümid?

Aaron Olanare “Neftçi” sevərlərin qol həsrətinə son qoydu.

Təxminən 1.5 ay sonra.

Nigeriyalı forvard “qol orucu”nu Tovuzda pozdu.

O, komandasının yeganə qolunun müəllifi oldu.

73-cü dəqiqədə Eqor Boqomolskinin yerinə meydana daxil olan hücumçu cəmi 14 dəqiqə sonra meydan sahiblərinin qapısının torunu silkələməyi bacardı.

Olanare buna kimi Premyer Liqada “Neftçi” forması ilə 5 matçda meydana çıxsa da xüsusi nə iləsə fərqlənə bilməmişdi.

Onun adında nəinki qol, heç qolun ötürməsi də yox idi.

Təbii ki, belədə 29 yaşlı legionerin susqunluğu pozması “Neftçi” cəbhəsini sevindirməyə bilməz.

Lakin hər şey bu qolla düzəlsəydi nə vardı...

Vurulan qolun təkrarına baxanda aydın görünür ki, qolda Olanaredən çox rəqib müdafiəçilərin “xidməti” böyük rol oynadı.

Yəni, böyük ümidlərlə ölkəmizə gətirilən afrikalı yenə hansısa xüsusi bacarığı ilə yadda qalmadı.

Heç meydanda olduğu 20 dəqiqədən artıq müddətdə də hansısa fəallığı diqqət çəkmədi.

Belə qollar isə mövsüm ərzində bir dəfə olar, ya da iki.

Daha hər oyunda kimdi ki, sənə belə “yağlı tikə” verən.

Əgər Mutu bundan sonra da Boqomolski və Olanarenin qollarına bel bağlayacaqsa, yaxın gələcəkdə qələbə seriyası yaxalamaq, xal xanasını artırmaq, qolları sıralamaq heç də asan olmayacaq.

Bir sözlə, "qol orucu"nun pozulması sevindirici ola bilər, lakin performans yenə ümid vermir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar