“Bir gözüm “Neftçi”dədir” - Ərəbistanda oynayan braziliyalı

3 Oktyabr 2023 19:00 Neftçi 2 560
“Bir gözüm “Neftçi”dədir” - Ərəbistanda oynayan braziliyalı

“Buradakı işlərim yaxşı gedir.

Bu il 7 oyunda 6 qol vurmuşam, 1 assist etmişəm. Təcrübəmlə komandama fayda verməyə çalışıram”.

2021-2022 mövsümündə “Neftçi”nin şərəfini qorumuş Tyaqo Bezerra Sportinfo.az-a açıqlamasında Səudiyyə Ərəbistanıdakı karyerasından söz açıb.

Ölkəmizi tərk edəndən sonra Asiyaya yola düşən 36 yaşlı forvard ikinci liqa təmsilçisi “Əl-Orabah”ın şərəfini qoruyur.

Yaşı çox olmasına baxmayaraq, komandasının aparıcı üzvlərindən hesab olunur ki, vurduğu qollar bunun sübutudur.

Tyaqo uzaq ərəb ölkəsində top qovur. Amma “Neftçi”ni də diqqətdən kənarda saxlamır. Nəticələrlə maraqlanır, imkan düşdükcə videoicmallara baxır.

Lakin “ağ-qaralar”ın hazırkı durumu onu da razı salmır:

“Əlbəttə, bir gözüm “Neftçi”dədir. Hər şeydən əvvəl Bakıda gözəl dostlarım var.

“İnstagram”da bəzi səhifələri izləyirəm. Oradan “Neftçi”nin nəticələrini öyrənirəm, vurulan qollara, icmallara baxıram.

Mən gedəndən sonra komandada böyük dəyişikliklər edilib, çox sayda yeni futbolçular var. Cənubi Amerikadan olan futbolçuların sayı çoxdur. Hətta braziliyalılar da var.

“Neftçi” hələ ki pis gedir. Amma mövsüm yeni başlayıb, əsl mübarizə irəlidədir. Açığı, ötən mövsüm daha çox izləyirdim. Bu mövsüm imkan düşdükcə baxıram”.

Vaxtilə Türkiyədə “Adanaspor”, “Altay”, “Karşıyaka”, “Adana Demirspor” kimi komandaların formasını geyinmiş braziliyalı “Neftçi”nin heyətində meydana çıxdığı 25 matçda 10 qol və 2 assistlə yadda qalıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar