“Neftçi”də Reziuan üçün hər şey yaxşı gedir”.
Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Reziuan Mirzovun meneceri Aleksandr Klyuev “sport24.ru” saytına açıqlamasında deyib.
Reziuan Mirzov sentyabrın əvvəlində “Neftçi” ilə 1 illik müqavilə bağlayıb. Agent bildirib ki, 30 yaşlı hücumçu hazırda yeni komandasına uyğunlaşmağa çalışır:
“O, komandaya yeni keçib, uyğunlaşır. Məşqçilər korpusu və rəhbərliklə yaxşı münasibəti var.
Yeni tələblərə uyğunlaşmaq qalır. Üstəlik, Reziuan kollektivlə təlim-məşq toplanışı keçməyib.
Buna görə də fiziki durumunu yaxşılaşdırmağa çalışır. Artıq kifayət qədər yaxşı formadadır, oynamağa hazırdır.
Reziuan başa düşür ki, bacarığını göstərmək üçün forma yığmalıdır”.

