"Neftçi"nin müdafiəçisi Elvin Koffi Sportinfo.az-a açıqlama verib.
Fransalı legioner Azərbaycan Premyer Liqasının 9-cu turunda üz-üzə gələcəkləri əzəli rəqib "Qarabağ"la oyun barədə danışıb:
"Qarabağ" Azərbaycanın ən məşhur komandasıdır. Ölkəni Avropada təmsil edir.
Təbii ki, belə rəqiblə matça daha məsuliyyətli yanaşmalıyıq. Şübhəsiz ki, rəqibi məşqçilər təhlil edəcək.
Qarşılaşmaya mümkün qədər yaxşı hazırlaşmaq istəyirik. Qarşıda vaxtımız var. Rəqibi dərindən analiz edib, matça hazırlaşmaq istəyirik".
Yay fasiləsində "ağ qaralar"a transfer olunan 28 yaşlı legioner arxada qalan müddətdə 8 oyunda meydana çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb.
XANOĞLAN

