VİDEO: “Neftçi”nin yetirməsi “yanğınsöndürən” rolunda – Oyunu çevirdi, assist etdi

2 Oktyabr 2023 23:00 Neftçi 981
VİDEO: “Neftçi”nin yetirməsi “yanğınsöndürən” rolunda – Oyunu çevirdi, assist etdi

Latviyanın yüksək liqasında 31-ci turun oyunları keçirilib.

Aərbaycanlı futbolçu Ramin Nəsirlinin şərəfini qoruduğu “Dauqavpils” doğma meydanda “Metta”nı qəbul edib.

Oyun qonaqların ərazi üstünlüyü şəraitində başlayıb və ilk hissə 2:1 “Metta”nın xeyrinə başa çatıb.

Hesabda yenik duruma düşən “Dauqavpils”in baş məşqçisi ikinci yarının startında Ramini "döyüş"ə atıb. Həmyerlimizin oyuna qoşulmasından sonra komandası 18 dəqiqəyə 3 top vuraraq, 4:2 hesabı ilə qələbə qazanıb.

“Neftçi”nin yetirməsi sonuncu qolun ötürməsini verməklə alqış qazanıb.

Bu ilin martından icarə əsasında “Dauqavpils”in formasını geyinən 22 yaşlı yarımmüdafiəçi geridə qalan müddətdə 31 oyunda şans qazanmaqla 2 qol vurub, 3 assist edib.

Raminin komandası topladığı 32 xalla 10 komanda arasında 7-ci pillədə yer alıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar