"Neftçi"nin problemli legioneri "Qarabağ"a qarşı oynayacaq?

2 Oktyabr 08:40 Neftçi 1 076
"Neftçi"nin problemli legioneri "Qarabağ"a qarşı oynayacaq?

"Neftçi" hücumçusu Andre Şinyaşiki Premyer Liqanın 9-cu turunun "Qarabağ"la görüşünə qədər tam sağalacaq.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionatının 7-ci turunda "Zirə" ilə görüşdə (1:1) zədələnən və bu səbəbdən "Turan-Tovuz"a qarşı keçirilmiş görüşdə də meydanda olmayan braziliyalının gələn həftədən ümumi qrupda məşqlərə başlayacağı gözlənilir.

"Neftçi" - "Qarabağ" qarşılaşması oktyabrın 8-də "Neftçi Arena" stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 23:40 "Bəli, məyusluq oldu"