Heç bilirsiz, "Neftçi" Tovuzda necə qarşılandı? - VİDEO

30 Sentyabr 19:40 Neftçi 890
Heç bilirsiz, "Neftçi" Tovuzda necə qarşılandı? - VİDEO

Azərbaycan Premyer Liqasının 8-ci turunda “Turan Tovuz” “Neftçi”ni qəbul edib.

Tovuz şəhər stadionunda keçirilən matça böyük maraq olub.

Qarşılaşmaya 1 saatdan çox qalmış azarkeşlər bilet kassalarının önündə sıxlıq yaradıblar.

Yerli komanda üçün ayrılan sektorlarda 1 boş yer olmayıb.

Hətta ayaqüstə görüşü izləyənləri də görmək olardı.

Təbii ki, bunda əzəli rəqib “Neftçi”nin Tovuza ayaq basması da az rol oynamayıb.

Qonaqlardan söz düşmüşkən “Ağ qaraları” da Qərb səfərində dəstəksiz qalmayıb.

Təxminən 40-50 nəfər Bakıdan gələn azarkeş "Neftçi", "Neftçi" şuarı ilə görüşün startına az qalmış onlara ayrılmış sektora yan alıblar.

“Neftçi”li fanatların stadiona ayaq basması tovuzluları əməlli-başlı hərəkətə gətirib.

Öncə qonaq tərəfdarlar fitə basılıbsa, ardınca “Turan” sədaları yüskək səslə arenanı bürüyüb.

Həmin anları aşağıdakı linkdə izləyə bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 21:40 Baş məşqçi ayrılığı
29 Noyabr 16:50 Çək və bizə göndər!
29 Noyabr 02:40 AFFA rəsmisi İsveçrədə
29 Noyabr 01:00 Millimiz Mərakeşə uduzdu