
«Neftçi»»də bu yay sistemsiz iş görülüb».
Bu sözlər tanınmış telejurnalist Ceyhun Rzayevə məxsusdur.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində bakılıların legioner siyasəti barədə danışıb.
Qeyd edib ki, Adrian Mutu işini ölkə çempionatında tətbiq olunan yerli limitinə uyğun qurmayıb:
«Neftçi»də hər həftə bir heyət meydana çıxır. Dörd hücumçuları var, bir qol vura bilməyiblər.
Mutu hər həftə müxtəlif mövqeərdə rotasiya edir. Yəqin bura gələndə ona deməyiblər ki, Azərbaycanda limit var, dörd yerli futbolçu mütləq əsas heyətdə yer almalıdır.
Ya da rumıniyalının özü nələrisə səhv salıb. Bu, onunla yanaşı, seleksiya prosesinə cavabdeh şəxslərin yanlışıdır».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: