“Neftçi“nin yeni legioneri: “Azərbaycanda eyni gücə malik 4-5 komanda var“

30 Sentyabr 2023 14:20 Neftçi 1 051
“Neftçi“nin yeni legioneri: “Azərbaycanda eyni gücə malik 4-5 komanda var“

“Ümumiyyətlə, Azərbaycan çempionatında eyni gücə malik 4-5 komanda var“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Neftçi“nin müdafiəçisi Mark Tamaşa aiddir.

Bu mövsümdən “ağ-qaralar“a qoşulan macarıstanlı legioner çempionatımız barədə Rumıniya mediasına açıqlama verib:

“Qaydalara görə ən azı dörd azərbaycanlı oyunçu meydanda olmalıdır. Premyer Liqanın VI turunda “Araz-Naxçıvan”a 0:1 hesabı ilə məğlub olduğumuz qarşılaşmanı buraxmağım bununla əlaqədardır.

Müxtəlif zədələrə görə bu dəfə qaydaya əməl etməyin yeganə yolu mənim kənarda qalmağım idi.

Azərbaycanda əksər komandalar qapalı müdafiə olunur və əks-hücumlardan qol vurmağa çalışır”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da