"Neftçi"nin daha bir hücumçusundan xoş olmayan xəbər gəldi

29 Sentyabr 2023 19:20 Neftçi 1 917
"Neftçi"nin daha bir hücumçusundan xoş olmayan xəbər gəldi

"Neftçi" Premyer Liqanın 8-ci turunun "Turan-Tovuz"la görüşünə daha bir itki ilə çıxacaq.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” sabahkı matçda Andre Şinyaşikinin xidmətindən istifadə edə bilməyəcək.

Azərbaycan Premyer Liqasının 7-ci turunun “Zirə” ilə oyununda (1:1) zədələnən “Neftçi”nin hücumçusunun zədəsinin ciddi olduğu üzə çıxıb.

Şinyaşiki zədə səbəbindən, Yuri Matias isə vərəqə cəzalısı olduğu üçün sabahkı görüşü buraxmalı olacaq.

“Turan-Tovuz” – “Neftçi” matçı sabah Tovuz şəhər stadionunda keçiriləcək və saat 16:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar