“Neftçi”dən öz istəyi ilə gedən önəmli şəxs: “Həyat dəyişiklərdən ibarət olmasa..."

29 Sentyabr 2023 14:40 Neftçi 1 909
“Neftçi”dən öz istəyi ilə gedən önəmli şəxs: “Həyat dəyişiklərdən ibarət olmasa..."

Bugünlərdə “Neftçi”nin vitse-prezidenti postu ilə vidalaşan Elnur Eyvazov buna reaksiya verib.

Öz istəyi ilə tutduğu postdan azad edilən təcrübəli funksioner ayrılığın zamanının yetişməsinə diqqət çəkib:

“Həyat dəyişiklərdən ibarət olmasa, çox darıxdırıcı olar. Ən əsası, yeni “maraqlı simalar“ı görmərik.

Harada olmağımızdan asılı olmayaraq, yenə bir yerdəyik, bir ailəyik, bir “Neftçi“liyik. Var olun! Görüşmək ümidi ilə“.

Elnur Eyvazov 2016-2017-ci illərdə “Neftçi”nin icraçı direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb.

O, 2017-ci il iyulun 6-da klubun təsisçisi tərəfindən qəbul edilən qərar əsasında baş verən struktur dəyişikliyindən sonra vitse-prezident vəzifəsinə təyin olunmuşdu.

Elnur Eyvazov bundan sonra biznes sferasında çalışacaq. Bildiyimizə görə, ona SOCAR-da vəzifə təklif edilsə də, bununla razılaşmayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar