“Neftçi“ni yeni görüb tanıyan: "İnanırdım ki…"

29 Sentyabr 14:20 Neftçi 342
“Neftçi“ni yeni görüb tanıyan: "İnanırdım ki…"

“Böyük oyunlarda və avrokubok matçlarında dolu tribunalar önündə oynaya bilərik“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Neftçi“nin macarıstanlı legioneri Mark Tamaşa məxsusdur.

Yayda bakılılarla 2 illik müqavilə imzalayan müdafiəçi komandasının cari mövsümdə avrokuboklarda keçirdiyi matçları dəyərləndirib. O, çempionat görüşlərinə çox tamaşaçı toplaşmadığını vurğulayıb:

“Təəssüf ki, Konfrans Liqasından kənarlaşdırıldıq. “Jelezniçar”ı keçdikdən sonra daha yaxşı nəticəyə ümid edirdim.

Sonrakı mərhələdə “Beşiktaş”a öz meydanımızda 1:3 hesabı ilə uduzduq. Türkiyədə baş tutan cavab matçının birinci hissəsindən sonra hesabda öndə idik.

Hətta mərhələ keçəcəyimizə də inanırdım. Lakin fasilədən sonra rəqibin heyətində Vensan Abubakar və Amir Haciahmetoviç meydana çıxdılar.

Biz də yorğun görünürdük və iki qol buraxdıq. Bu oyunlarda stadionu dolu gördüm. Premyer Liqada isə bu mənzərənin tam əksidir”.

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 21:40 Baş məşqçi ayrılığı
29 Noyabr 16:50 Çək və bizə göndər!
29 Noyabr 02:40 AFFA rəsmisi İsveçrədə
29 Noyabr 01:00 Millimiz Mərakeşə uduzdu