"Neftçi"nin legioneri bu klublardan birinə getmək istəyir

29 Sentyabr 13:00 Neftçi 3 515
"Neftçi"nin legioneri bu klublardan birinə getmək istəyir

«Neftçi»nin hücumçusu Yeqor Boqomolski hazırda 2 klubla danışıqlar aparır.

2022-ci ildən ağ-qara formanı geyinən belaruslu ölkəsinə qayıtmaq istəyinə düşüb.

Adrian Mutunun təyinatından sonra nadir hallarda şans qazanan 23 yaşlı forvard BATE, yaxud «Şaxtyor»un şərəfini qorumaq niyyətindədir.

Bakılıların «Minsk»dən transfer etdiyi Belarus yığmasının üzvü icarə əsasında vətənə dönmək variantını gözdən keçirir.

Çünki «Neftçi»nin onu havayı buraxmaq fikri yoxdur. Qarşı tərəf də transfer hüququnu almaq üçün xərcə düşməyə maraq göstərmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 21:40 Baş məşqçi ayrılığı
29 Noyabr 16:50 Çək və bizə göndər!
29 Noyabr 02:40 AFFA rəsmisi İsveçrədə
29 Noyabr 01:00 Millimiz Mərakeşə uduzdu