"Biz "Neftçi"də oynayırıq - Bu, problemdir, asan deyil"

29 Sentyabr 2023 11:00 Neftçi 788
"Biz "Neftçi"də oynayırıq - Bu, problemdir, asan deyil"

"Bizi çətin qarşılaşma gözləyir., amma qalib gəlmək və üç xalı qazanmaq üçün səfərə yollanmışıq".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin legioneri Kenni Sayef səfərdə "Turan Tovuz"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının VIII tur oyunu ilə bağlı klubun rəsmi televiziyasına açıqlamasında deyib.

29 yaşlı yarımmüdafiəçi bütün diqqətlərini bu görüşə yönəltdiklərini bildirib:

"Hamımız tam köklənmişik. Daha sonra irəli baxacağıq. Düşünürəm ki, biz tam hazırıq".

Sayef Tovuz şəhər stadionun ot örtüyünün süni olması barədə fikirlərini bölüşüb:

"Bu, "Turan Tovuz"a qarşı çıxış edən hər komanda üçün problemdir. 6-7 saatlıq yol qət edəndən sonra süni ot üzərində oynamaq elə də asan deyil".

Yarımmüdafiəçi son olaraq cəza səbəbindən bu matçda iştirak etməyəcək Yuri Matiasın komanda üçün vacib futbolçu olduğunu vurğulayıb:

"Amma inanıram ki, bu rəqibə qarşı meydana çıxacaq oyunçular öz işlərinin öhdəsindən layiqincə gələcəklər.

Çünki biz "Neftçi"də oynayırıq. Hər kəs tam gücü ilə mübarizə aparmağa çalışacaq".

Sentyabrın 30-da keçiriləcək "Turan Tovuz" - "Neftçi" görüşü saat 16:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti